Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, Sabir Abdullayev şəhər ərazisində saxlanılaraq Polis Bölməsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “revolver” tipli tapança edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Azvision.az