FHN Gəncədə təhlükənin qarşısını aldı

FHN Gəncədə təhlükənin qarşısını aldı
  16 May 2021    Oxunub:2813
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Azvision.az -a FHN-dən bildirilib.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti