2867 şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin olunub
Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir. Artıq 416 qaziyə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü, əlilliyə görə pensiya və ya müavinət təyin edilib.
Eyni zamanda, 3 minədək ailə sosial-psixoloji dəstəklə əhatə olunub. Reabilitasiya müəssisələrində yüzlərlə qaziyə reabilitasiya xidmətləri göstərilib. 17 hərbçi yüksək texnologiyalı müasir protez təmin edilib, 650 qaziyə 4500 reabilitasiya vasitəsi verilib.Qeyd olunan kateqoriyalara aid şəxslərin məşğulluq məsələlərinin həlli də diqqətdə saxlanır. Onlardan 6 min şəxsin məşğulluğuna dəstək verilib, o cümlədən 4666-sı özünüməşğulluq proqramına cəlb olunub.
Azvision.az
Teqlər: ƏƏSMN Postmüharibə Sosial Dəstək Paket