Saatlı sakini silahını polisə təhvil verib

Saatlı sakini silahını polisə təhvil verib
  18 May 2021    Oxunub:1154
Saatlı rayon sakini odlu silahı polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Xanlarkənd kənd sakini Vüqar Əzizov müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.

Azvision.az



Teqlər: Saatlı   DİN  





Xəbər lenti