Şəkidə 100 nəfərlik toy edənlər cərimələndi

Şəkidə 100 nəfərlik toy edənlər cərimələndi
  20 May 2021    Oxunub:1495
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı istirahət mərkəzlərinin birində toy məclisi təşkil edildiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Baş Layısqı kəndi ərazisindəki istirahət mərkəzində 100 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy mərasimi polislər tərəfindən dayandırılıb.

Xüsusi karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, məclisi təşkil edən şəxslər və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Azvision.az


Teqlər: Şəki   DİN  





Xəbər lenti