Güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri bilindi

Güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri bilindi
  21 May 2021    Oxunub:980
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, mayın 21-dən qitə birinciliyində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Mayın 20-də güləşin bu növündə bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Güləşçilərimiz Avropada 4 medal qazandı
Milli komandamızın üzvlərindən Zaur Əliyev (55 kq) Denis Florin Mihay (Rumıniya), Zaur Nuriyev (63 kq) Aleksandru Trandafir (Rumıniya), Həsrət Cəfərov (67 kq) Vasile Aleksandru Dosoftey (Rumıniya), Xasay Həsənli (72 kq) isveçrəli Mixael Portman, Laçın Vəliyev (87 kq) Polşa təmsilçisi Şimon Şimonoviç, Sərxan Məmmədov (130 kq) isə serbiyalı Vladan Jivkoviç ilə qarşılaşacaq.

Mayın 21-də 55, 63, 77, 87, 130, ertəsi gün isə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən pəhləvanlar xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatında yarışan sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıblar.

Azvision.az



Teqlər: Güləş   Çempionat  





Xəbər lenti