Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi - FOTOLAR
Bildirilib ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğının növbəti təzahürüdür. Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.
Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin ailə üzvlərini, qaziləri, müharibə əlillərini əhatə edən sosial dəstək paketi də qeyd edilib. Həmin vətəndaşlara sosial ödənişlərin proaktiv təyinatının həyata keçirildiyi, onların sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, məşğulluq məsələlərinin operativ həlli sahələrində mühüm işlər aparıldığı diqqətə çatdırılıb. Bu dəstək paketinin artıq 21 mindən çox şəxsi əhatə etdiyi vurğulanıb.
Azvision.az
Teqlər: Şəhid-ailəsi Ev