Bayıl Bulvarında veloyürüş keçirilib

Bayıl Bulvarında veloyürüş keçirilib
  24 May 2021    Oxunub:1907
BMT-nin VI Qlobal Yol Təhlükəsizliyi Həftəsinin yekunlarına həsr edilən “Velosiped sür, sağlam ol” şüarı altında Bayıl Bulvarı ərazisində veloyürüş keçirilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, BMT, BNA və ÜST-nin təşkilatçılığı ilə baş tutan veloyürüşdə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi Qulam İshaqzai, diplomatik korpusun nümayəndələri və müxtəlif təşkilatların könüllüləri iştirak edib.

Yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən istifadə və piyada gəzintisini təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə vermək olub.

Qeyd edək ki, pandemiya dövründə bir sıra ölkələrdə velosiped əsas nəqliyyat vasitəsinə çevrilib, mövcud avtomobil yolları daraldılaraq velosipedçilərin ixtiyarına verilib, bununla da açıq havada sosial məsafə gözləməklə velosipedlə səyahət yoluxma riskinin azalmasına gətirib çıxarıb.





Azvision.az


Teqlər: BNA   Yürüş  





Xəbər lenti