Həyətində narkotik əkən şəxsə cinayət işi açıldı

Həyətində narkotik əkən şəxsə cinayət işi açıldı
  25 May 2021    Oxunub:1108
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Mustafabəyli kənd sakini Fariz Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Azvision.az




Teqlər: Saatlı   Narkotik  





Xəbər lenti