Siqaret qaçaqmalçılığının qarşısı alındı

Siqaret qaçaqmalçılığının qarşısı alındı
  25 May 2021    Oxunub:1138
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 9 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda "SCANİA", "Ford Cargo", dörd ədəd "Mercedez Benz" və üç ədəd "DAF", markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Sorğu-sual zamanı yük nəqliyyat vasitələrinin sürücüləri idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən ümumilikdə 20 800 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Yük   Avtomobil   Siqaret  





Xəbər lenti