Azərbaycan paracüdoçuları 9 medalla birinci oldular

Azərbaycan paracüdoçuları 9 medalla birinci oldular
  26 May 2021    Oxunub:1122
Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri başa çatıb.
Yüksək səviyyədə təşkil edilən yarışda Azərbaycan komandası uğurla çıxış edərək 9 medal qazanıb. Belə ki, Namiq Abbaslı (66 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal əldə ediblər.

Zülfiyə Hüseynova (70 kq) və Hüseyn Rəhimli (81 kq) yalnız finalda uduzaraq ikinci yerə sahib olublar.

Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) isə üçüncü yeri tutublar.

Bu nəticə ilə komandamız ümumi hesabda birinci yeri tutub. Özbəkistan yığması 2 qızıl, 5 gümüş, 3 bürünc medalla ikinci, Braziliya paracüdoçuları 2 qızıl, 2 bürünc medalla üçüncü yerdə qərarlaşıblar.

Qeyd edək ki, on səkkiz cüdoçumuzun mübarizə apardığı Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışıb.

“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti