Taxıl biçininə 700-dək kombayn çıxarılacaq
İlk növbədə ötən il biçinlə bağlı daha çox müraciətin daxil olduğu kənd və qəsəbələrdə yaşayan fermerlərlə görüşlər keçirilib. Biçin zamanı yanğın təhlükəsizlik qaydalarına və növbəlilik sisteminə riayət edilməsi ilə bağlı kənd və qəsəbələrdə vətəndaşlarla görüş keçirilir və onlara zəruri məlumatlar verilir.
May ayının sonundan ölkə üzrə taxıl biçininə başlanılacaq. Biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün “Aqroservis” mexanizatorlar üçün təlimlər təşkil edib, kombaynlarda sazlama işlərini tamamlayıb və GPS nəzarət sistemi quraşdırıb.
Biçin prosesində növbəlilik sistemi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən təmin olunacaq. Biçinə və növbəlilik sisteminə nəzarəti Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) həyata keçirəcək.
Qeyd edək ki, ölkə üzrə biçinə ümumilikdə 2000-dək taxılbiçən kombayn cəlb olunacaq. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1284 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.
Azvision.az
Teqlər: Aqroservis Taxıl Biçin