“YAŞAT” indiyədək 6591 şəxsi öhdəliyə götürüb

   “YAŞAT” indiyədək 6591 şəxsi öhdəliyə götürüb
  28 May 2021    Oxunub:968
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, fond tərəfindən indiyədək 2881 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günə qədər 6591 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 3069 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 14 548-dir.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün https://yashat.gov.az/report/tableau portalı istifadədir.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti