Xilasedicilər Bakıda təhlükənin qarşısını aldı

Xilasedicilər Bakıda təhlükənin qarşısını aldı
  30 May 2021    Oxunub:1084
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Azvision.az -a FHN-dən bildirilib.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti