Məhkəmə hakimi arvadını qəsdən öldürüb - RƏSMİ (FOTO)

Məhkəmə hakimi arvadını qəsdən öldürüb -   RƏSMİ (FOTO)
  31 May 2021    Oxunub:2509
Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, F.Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimidir.



Azvision.az


Teqlər: Prokurorluq   Qətl  





Xəbər lenti