Qohumunun evindən 40 minlik qızıl oğurladı

Qohumunun evindən 40 minlik qızıl oğurladı
  02 İyun 2021    Oxunub:1833
Bir nəfər Göyçay şəhər sakini Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin yaxın qohumu olan bir yeniyetmə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs oğurluq yolu ilə ələ keçirdiklərini rayon ərazisində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan ayrı-ayrı mağazalara satıb, əldə etdiyi pulu isə müxtəlif əyləncələrə xərcləyib. Onun satdığı qızılların bir qismi həmin mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib. Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti