Narkotacirdən 9 kq tiryək götürüldü

Narkotacirdən 9 kq tiryək götürüldü
  02 İyun 2021    Oxunub:1001
Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin və Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yardımlı rayon Şıxlar kənd sakini Rövşən Zaidov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildiriblər ki, onun üzərinə baxış keçirilən zaman sellofan bükülüdə təmiz çəkisi 22,206 qram tiryək və bir bıçaq aşkarlanaraq götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Zaidovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi çəkisi 9 kiloqram 40 qram olan tiryək aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti