"Kamerada işgəncələrə dözməyənlər intihar etdi" - Əsirlikdə olan şəxs
O bildirib ki, əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə onu döyüblər və əzab veriblər.
"Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri Yoxa, biri Ayoşa ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik Yoxa ləqəbi daşıyırdı. O burada deyir ki, azərbaycan dilini bilmir. Lakin orada bizlə o, danışırdı. Bizi azərbaycan dilində belə təhqir edirdi".
H.Kazımov qeyd edib ki, o əsirlikdə saxlanan kamerada daha 40-a yaxın azərbaycanlı olub:
"Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər".
Anar Kəlbiyev
Azvision.az