“Nar”ın dəstəyilə Azərbaycan dilli audiokitab toplusu yaradılır
Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanacaq, daha sonra antenn.az və “YouTube” səhifəsində yerləşdiriləcək.
Qeyd edək ki, “Canlı Kitab” layihəsi həmçinin görmə qabiliyyəti məhdud olan insanların da dünyasına işıq salır. Belə ki, layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara paylanması nəzərdə tutulur.
Xatırladaq ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8 740-dan artıq baza stansiyası ilə 2,3 mln. çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Azvision.az
Teqlər: Nar