Baş həkim koronavirusdan vəfat etdi

Baş həkim koronavirusdan vəfat etdi
  02 İyun 2021    Oxunub:2034
Bakıda fəaliyyət göstərən 16 saylı Uşaq Poliklinikasının baş həkimi Sevda Vəzirova dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar

Baş həkimin koronavirusdan vəfat etdiyi bildirilir.

Bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxan Sevda Vəzirovanın həyatını xilas etmək mümkün olmayıb.

Azvision.az


Teqlər: Baş-Həkim   Koronavirus  





Xəbər lenti