Əcnəbi tələbələr “Qarabağ Azərbaycandır!” dedilər - FOTOLAR

Əcnəbi tələbələr “Qarabağ Azərbaycandır!” dedilər -  FOTOLAR
  03 İyun 2021    Oxunub:1251
Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, səfər Təhsil və Müdafiə nazirlikləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edib. Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrı ziyarət olunub, şəhərlərdə dağıntılar nümayiş edilib. Cəbrayıl rayonunda xidmətdə olan əsgər və zabitlərlə görüş keçirilib.

Səfər zamanı əcnəbi tələbələr tərəfindən Azərbaycanın böyük ölçülü dövlət bayrağı açılıb və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.

Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib, əcnəbi tələbələrin təəssüratları dinlənilib.







Azvision.az


Teqlər: Qarabağ   Təhsil  





Xəbər lenti