İki yaşlı Fatimənin ölümü ilə bağlı cinayət işi açıldı

   İki yaşlı Fatimənin ölümü ilə bağlı cinayət işi açıldı
  03 İyun 2021    Oxunub:1387
İyunun 1-də saat 13 radələrində 2019-cu il təvəllüdlü Fatimə Abbasovanın Qazax Müalicə Diaqnostika Mərkəzində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qazax rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.

Azvision.az



Teqlər: Qazax   Ölüm   Uşaq  





Xəbər lenti