Tövlədə saxlanılan qadın sığınacağa yerləşdirildi - FOTOLAR

Tövlədə saxlanılan qadın sığınacağa yerləşdirildi -  FOTOLAR
  03 İyun 2021    Oxunub:1326
Sosial şəbəkələrdə və mediada tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videosu yayılan Gədəbəy rayonu Novoivanovka kənd sakini, 87 yaşlı Səkinə Həsənovanı dövlət öz himayəsinə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib.

“Səkinə nənə əmin əllərdədir. O, artıq Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birisinin sakinidir”, - qurum rəsmisi deyib.



Qeyd edək ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 il himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

Faktla əlaqədar Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.





Azvision.az


Teqlər: Nazirlik   Qadın  





Xəbər lenti