Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.
Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək |
Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir.
Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Bu gün Formula 1 və Formula 2 üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 5-də Formula 1 üzrə sərbəst və sıralama yürüşü, Formula 2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 6-da Formula 1 Azərbaycan Qran-Prisi, həmçinin Formula 2 üzrə ikinci yürüş baş tutacaq.
Azvision.az