İran səfirliyi Azərbaycana başsağlığı verdi

İran səfirliyi Azərbaycana başsağlığı verdi
  04 İyun 2021    Oxunub:1382
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.

"İran İslam Respublikasının Səfirliyi Azərbaycan Respublikasının önəmli media qurumlarının iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir, ailələrinə səbr diləyir. Uca Allaha dua edərək əziz şəhidlərin ruhuna rəhmət diləyirik", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: İran   Səfirlik   Kəlbəcər   Mina  





Xəbər lenti