Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır
Belə ki, kişilərin mübarizəsində Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kiloqram), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kiloqram), Nurlan Osmanov, Hidayət Heydərov (73 kiloqram), Murad Fətiyev, Zelim Tkçayev (81 kiloqram) və Elmar Qasımov (100 kiloqram) güclərini sınayacaqlar.
Qadınların yarışında isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) təmsil edəcəklər.
Qeyd edək ki, yarışa iyunun 13-də yekun vurulacaq.
Azvision.az