Sotomayor Tokio-2020-yə lisenziya qazandı

Sotomayor Tokio-2020-yə lisenziya qazandı
  06 İyun 2021    Oxunub:993
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.
Azərbaycan Boks Federasiyasından Azvision.az -a verilən məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Lorenzo Sotomayor bu uğura imza atıb.

Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionov məğlub edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Azvision.az


Teqlər:





Xəbər lenti