“Adətən Bakıda yarışlar həyəcanlı olur” - Serxio Peres
“Hər halda bu gün bizim üçün möhtəşəmdir. Yürüş boyu “Mercedes”in pilotu Luis Hamilton bolidini uğurla idarə edirdi. Bizim pit-stop da çox sürətli idi. Təbi ki, bunu “Mercedes”ə də aid etmək lazımdır. Bütün yürüş boyu Luis Hamiltonun təzyiqini hiss etdirdim” - Meksikalı pilot bildirib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. İkinci yerdə “Aston Martin” komandasının almaniyalı pilotu Sebastian Fettel qərarlaşıb. “AlphaTauri” komandasının fransalı təmsilçisi Pyer Qasli isə yarışı üçüncü sırada tamamlayıb.
Azvision.az
Teqlər: SerxioPeres