İş axtaran şəhid ailəsi üzvü təkliflərdən imtina etdi
Onun sözlərinə görə, jurnalistika peşəsinin bir işi yaxşıdır ki, bu adla zəng edib maraqlanmaq olur.
"Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinə zəng etdim ki, doğrudanmı bir şəhid ailəsinin üzvünü işlə təmin etmək çox çətindir? Bildirdilər ki, "Azər müəllim, biz onu 4 dəfə qəbul etmişik. Əvvəlki görüşlərdə bildirdik ki, rayon ərazisindəki idarə və müəssisələrdə fəhlə işi yoxdur". Sual verdim ki, doğrudanmı bir fəhlə işi yoxdur işlə təmin edəsiz? Məlumat verdilər ki, pandemiya ilə əlaqədar əksər müəssisənin işində passivlik müşahidə edilir. Lakin aprelin 23-də icra başçısı tərəfindən onlayn qaydada qəbul edilib və yenidən işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Ona Biləsuvar şəhərinin Heydər Əliyev küçəsində yerləşən çörək və şirniyyat bişirmə müəssisəsində 300-350 manatlıq fəhlə işi təklif etdik, razılaşmadı. Sonra rayonumuzun ərazisindəki "Azərsun” şirkətinə müraciət etdik ki, şəhid ailəsinin üzvünə kömək etsin. Ordan dedilər ki, ona dair iş var. Mövsümi iş və Biləsuvar rayonu Bəhrəmtəpə magistral avtomobil yolunun Nəsimi kəndinin ərazisində yerləşən heyvandarlıq fermasında malabaxan işi, maaşı da 450 manat. Lakin şəhid ailəsinin üzvü yenə imtina edib. Bildirib ki, sizdən yuxarılara şikayət edəcəyəm. Ola bilər ki, insan özünə ayıb bilib malabaxan işinə görə. Amma rayon yerində 450 manatlıq işdən imtina etmək də yaxşı hal deyil. İş işdir, nə pisi, nə yaxşısı. Əgər diplom olsaydı, daha yuxarı məvacibli işlə təmin etmək olardı. Orta məktəb təhsili ilə gərək imtina etməzdi. Allah hamıya kömək olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin!", - A.Qismət qeyd edib.
Azvision.az
Teqlər: Jurnalist Azər-Qismət Biləsuvar