Məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılır

Məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılır
  07 İyun 2021    Oxunub:857
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən böyüməkdə olan nəslin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, rasional fizioloji qidalanma və qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin icrasına nəzarət məqsədilə yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılacaq.
Bu barədə Azvision.az -a Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının saxlanılmasına, daşınmasına, realizə olunmasına, markalanmasına və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, bu göstəriciləri təsdiq edən müşayiətedici sənədlər, həmçinin ümumilikdə yeyinti məhsullarının saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluq vəziyyəti araşdırılacaq.

Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Azvision.az


Teqlər: AQTA   Yoxlama  





Xəbər lenti