Peyvənd olunaq, darıxdığımız həyatı qaytaraq – VİDEO
Kampaniya çərçivəsində işıq üzü görən növbəti videoçarx gənclərin gündəlik və əyləncə həyatları ilə bağlıdır. Uzun müddətdir ki, gənclər oxuduqları təhsil ocaqlarına gedə bilmir, dostları ilə görüşmür və əylənmirdilər. Bu videoçarxa baxdıqda onların həyatında da çox şeyin dəyişdiyini aydın görmək mümkündür.
Əsas mesaj ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki — darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq.
Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.
Azvision.az
Teqlər: Vaksin