Qayınata və qayınanasına xəsarət yetirən şəxsə cinayət işi açılıb

Qayınata və qayınanasına xəsarət yetirən şəxsə cinayət işi açılıb
  08 İyun 2021    Oxunub:1771
Sumqayıt şəhəri ərazisində 03.06.2021-ci il tarixdə Namiq Ələkbərovun qayınatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Namiq Ələkbərov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.

Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti