Bakıda qadın plastik əməliyyatın qurbanı oldu

 Bakıda qadın plastik əməliyyatın qurbanı oldu
  08 İyun 2021    Oxunub:1160
Bakıda qadının əməliyyatdan sonra ölməsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Arzu Süleymanovanın mayın 11-də “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Əməliyyat   Ölüm   Cinayət-işi  





Xəbər lenti