Cəlilabadda faciə: Şəkil çəkdirmək 3 nəfərin ölümü ilə nəticələndi - YENİLƏNİB

 Cəlilabadda faciə:  Şəkil çəkdirmək 3 nəfərin ölümü ilə nəticələndi -  YENİLƏNİB
  08 İyun 2021    Oxunub:1994
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb.
Bu barədə Azvision.az-a FHN-dən bildirilib.

Axtarışda olan Yaqubov Həmzə Nizami oğlunun və Yaqubov Hüseyn Rizvan oğlunun meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, həmin şəxslər anbarının yanında şəkil çəkdirərkən ehtiyatsızlıqdan su anbarına düşüblər.

Faktla bağlı araşdırma aparılır.

***
Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfər ehtiyatsızlıqdan İncəçay su anbarına düşüb.

Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində saat 21:40 radələrində Yaqubov Həsən Rizvan oğlunun (16 yaş) meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Yaqubov Hüseyn Rizvan oğlunun (17 yaş) və Yaqubov Həmzə Nizami oğlunun (6 yaş) axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Cəlilabad  





Xəbər lenti