Məmmədyarov-Rəcəbov qarşılaşması heç-heçə bitdi

Məmmədyarov-Rəcəbov qarşılaşması heç-heçə bitdi
  08 İyun 2021    Oxunub:1540
İyunun 8-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar. Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Azvision.az


Teqlər: Şahmat  





Xəbər lenti