İlin ilk Günəş tutulması başlayıb

   İlin ilk Günəş tutulması başlayıb
  10 İyun 2021    Oxunub:995
Bu ilin ilk Günəş tutulması başlayıb.
Şamaxı Astrofizika Rəsədxanasından Azvision.az -a verilən məlumata görə, bu tutulma həlqəvari Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Azvision.az


Teqlər: Günəş   Tutulma  





Xəbər lenti