YAŞAT uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə etdi

YAŞAT uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə etdi
  10 İyun 2021    Oxunub:1669
AFFA “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, "YAŞAT" Fondu, LU-MUN şirkəti, Qadın və Uşaq Sığınacağı, COVID-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, iyunun 12-də keçiriləcək Uels–İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsi tərəfindən həmin qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.

Qeyd edək ki, bu təşəbbüsün hədəf qrupu uşaqlardır.

Azvision.az


Teqlər: AFFA   Uşaqlar   Bilet   YAŞAT  





Xəbər lenti