Gündəlik yoluxma sayı 75-ə düşdü

   Gündəlik yoluxma sayı 75-ə düşdü
  10 İyun 2021    Oxunub:1201
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib. 2 134 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti