2500 müəllim vaksinasiyadan imtina edib

 2500 müəllim vaksinasiyadan imtina edib
  10 İyun 2021    Oxunub:1261
Bu günədək Bakı şəhəri üzrə 38 min 185 təhsil işçisindən 24 502 nəfəri vaksinasiya olunub. Ümumi saydan 4620 nəfər yoluxduğu, 3400 nəfər digər səbəblərdən, 3 minə yaxın insan isə həkimdən arayış gətirdiyi üçün vaksinasiya olunmayıb.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib.

Nazir bildirib ki, 2500 müəllim vaksin olunmaqdan imtina edib: “Vaksinasiya könüllüdür, məcbur etmirik. Lakin onlar həyatlarını riskə atırlar”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin   Müəllim  





Xəbər lenti