Ermənistan “konyak”dan imtina etdi. Bəs biz?..

   Ermənistan “konyak”dan imtina etdi.    Bəs biz?..
  10 İyun 2021    Oxunub:4657
Ermənistan “konyak” sözündən imtina edir. Bununla bağlı Avropa Birliyilə müqavilə imzalayan Ermənistan hökuməti 3 milyon dolların qarşılığında daxili bazarda 14, xarici bazarda isə 25 il müddətinə “konyak” kəlməsindən istifadə etməyəcəyi haqda öhdəlik götürüb.
“Konyak”dan imtina Avropa Birliyilə 2017-ci ildə imzalanmış “Əhatəli və Genişlənmiş Tərəfdaşlıq Razılaşması”nda təzərdə tutulmuşdu. Bu ilin martında qüvvəyə minən həmin sənəd həmçinin, “şampan” sözünə də aiddir.

Qeyd edək ki, konyak – Fransanın Yeni Akvitaniya bölgəsində xüsusi üzüm sortlarından istehsal olunan brendi növüdür. MDB məkanında isə istənilən brendiyə “konyak” deyilir. Bu da Avropa Birliyini narahat edir. Ona görə, Brüssel MDB ölkələrinin “konyak” və “şampan” sözlərindən imtina edərək, yeni ada, brendə keçməsi üçün pul ayırır.
Paşinyan himnə "əl gəzdirib" - Mətn qısaldılır

Ermənistan Milli Şərab Mərkəzinin sədri Avaq Arutyunyan “Sputnik Armeniya”ya bildirib ki, onsuz da “Erməni konyakı” adı ancaq MDB məkanında işlədilirdi, Avropada isə onların konyakını brendi kimi satırlar.

Bəs Azərbaycan necə, “konyak” və “şampan” sözlərindən imtina edəcəkmi? Cavabı buradan oxuyun.

Samir Quliyev
Azvision.az


Teqlər: Ermənistan   Konyak  





Xəbər lenti