AVRO-2020-nin ilk oyunu: Türkiyə məğlub oldu - YENİLƏNİB

 AVRO-2020-nin ilk oyunu:  Türkiyə məğlub oldu -  YENİLƏNİB
  12 İyun 2021    Oxunub:4341
Bu gün futbol üzrə 16-cı Avropa çempionatına start verilib.

Azvision.az xəbər verir ki, turnirin açılış mərasimi İtaliyanın paytaxtı Romada keçirilib. İlk oyunda A qrupunda mübarizə aparan İtaliya və Türkiyə komandaları üz-üzə gəlib.
Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:

Türkiyə: Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Umut Meraş, Okay Yokuşlu, Ozan Tufan, Yusuf Yazıcı , Kenan Karaman, Hakan Çalhanoğlu, Burak Yılmaz (k)

Ehtiyat oyunçular: Mert Genok, Altay Bayındır, Cengiz Ünder, Dorukhan Toköz, Taylan Antalyalı, Ozan Kabak, Enes Ünal, Orkun Kökcü, İrfan Can Kahveci, Kaan Ayhan, Mert Müldür, Halil Dervişoğlu

İtaliya: Donnarumma, Spinazzola, Kyellini (k), Bonuççi, Florensi, Jorjinyo, Barella, Lokatelli, İnsinye, Berardi, İmmobile

Ehtiyat oyunçular: Siriqu, Meret, Di Lorenzo, Belotti, Pessina, Emerson, Kyeza, Açerbi, Kristante, Bernardeski, Rapadori, Bastoni

Qarşılaşmanı niderlandlı referi Danni Makkeli idarə edib.

***
Görüşün ilk hissəsi maraqlı epizodlarla yadda qalıb. 45 dəqiqə ərzində İtaliya millisi ardıcıl hücumlara keçməsinə baxmayaraq, hesabda fərqlənə bilməyib. Türkiyə yığması rəqibin hücumlarını dəf edərək, daha çox müdafiə olunmağa çalışıb. Matçın ilk hissəsi qolsuz heç-heçə ilə yekunlaşıb.

***

Matçın 53-cü dəqiqəsində hesab açılıb. Türkiyə millisinin futbolçusu Merih Demiral turnirin ilk avtoqoluna imza atıb.
***

66-cı dəqiqədə meydan sahibləri Türkiyənin qapısından ikinci qolu keçiriblər. Bu dəfə Immobile fərqlənib.

***
Görüşün 73-cü dəqiqəsində İtaliya millisi fərqi 3 topa çatdırıb. Bununla da AVRO-2020-nin ilk qarşılaşması İtaliya yığmasının Türkiyə üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb.













Azvision.az


Teqlər: İtaliya   Türkiyə  





Xəbər lenti