AVRO-2020: İngiltərə Xorvatiyaya qalib gəldi

 AVRO-2020:  İngiltərə Xorvatiyaya qalib gəldi
  13 İyun 2021    Oxunub:1458
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
Azvision.az xəbər verir ki, günün ilk matçında D qrupunda yer alan İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəlib.

Londonun "Uembli" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qola Rahim Sterlinq imza atıb. O, 57-ci dəqiqədə vurduğu qolla İngiltərəyə qələbə qazandırıb.

Azvision.az


Teqlər: İngiltərə   AVRO-2020  





Xəbər lenti