"Neftçi" şəhid övladları üçün yay düşərgəsi açdı - FOTO

"Neftçi" şəhid övladları üçün yay düşərgəsi açdı -    FOTO
  14 İyun 2021    Oxunub:1524
“Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi başlayıb.
Azvision.az xəbər verir ki, şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları üçün nəzərdə tutulmuş düşərgənin açılış mərasimi 14 iyun tarixində baş tutub.

Tədbirdə "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Neftçi" PFK-nin prezidenti Kamran Quliyev, Klubun Müşahidəçilər Şurasının sədri Çingiz Abdullayev, “ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova, həmçinin klubun peşəkar futbolçu heyəti və qazilərimiz iştirak ediblər.



Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.

16 gün davam edəcək düşərgədə pandemiya qaydaları nəzərə alınaraq iştirakçılar qruplar üzrə bölünəcəklər.



İştirakçılarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçiriləcək, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədiləcək.

Neftçi Futbol Klubunun "Türk Hava Yolları" bazasında keçiriləcək düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediləcəklər.









Azvision.az


Teqlər: Neftçi   YAŞAT  





Xəbər lenti