UEFA-nın prezidenti Bakıya gəlib

UEFA-nın prezidenti Bakıya gəlib
  16 İyun 2021    Oxunub:1191
UEFA-nın prezidenti Aleksander Çeferin “Avro-2020”nin A qrupu çərçivəsində keçiriləcək Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib.
Azvision.az AFFA-ya istinadla xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Azvision.az


Teqlər: UEFA  





Xəbər lenti