“Avro-2020” : İsveçrə millisi Türkiyə yığmasına qalib gəldi - Yenilənib
Oyun İsveçrə millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
****
AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə-İsveçrə oyununda daha bir qol vurulub.
Azvision.az xəbər verir ki, oyunda dördüncü, komandasının isə üçüncü qolunu Çerdan Şakiri Türkiyə millisinin qapısından keçirib - 3:1.
***
“Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə-Türkiyə oyununun birinci hissəsi yekunlaşıb.
Azvision.az xəbər verir ki, sloveniyalı FIFA referisi Slavko Vinçiçin idarə etdiyi görüşün birinci hissəsini İsveçrə millisi 2:0 hesabı ilə öndə bitirib.
Görüşün 6-cı dəqiqəsində Haris Seferoviç, 26-cı dəqiqəsində isə Cerdan Şakiri fərqləniblər.
İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3, daha sonra Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub.
Bakı Olimpiya Stadionu, həmçinin iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
20:03
Azvision.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərir. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirir. Oyunun VAR hakimi isə Bastian Dankertdi (Almaniya).
Türkiyə millisinin start "11-də" meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, 17. Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxıblar.
İsveçrə seçməsinin start heyətində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Cerdan Şakiri yer alıblar.
Azvision.az
Teqlər: