Bir həftədir Azərbaycanda anomal isti hava şəraiti müşahidə edilir. Bakı və Abşeronda havanın temperaturu 39-40 dərəcə, bölgələrdə isə bəzən 43-44 dərəcə olur. Sanki isti hava gecikməyinin əvəzini bizdən çıxmaq istəyir.
Bəs Bakı sakinləri isti havanı necə keçirirlər? Azvision.az-ın fotoreportyoru Anar Bayramov istilərlə əlbəyaxa olanları müşahidə edib.