Bakıda 19 nəfəri gün vurub

 Bakıda 19 nəfəri gün vurub
  29 İyun 2021    Oxunub:1108
22-29 iyun tarixlərində 19 nəfər günvurma şikayəti ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onlardan 7-si hospitalizasiya olunub
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciət edən şəxslərdən 7 nəfəri uşaqdır.

“Uşaqlardan 5-nə yerində yardım göstərilib, 2 nəfər hospitalizasiya olunub. Günvuran 12 nəfər yetkin şəxsdən isə 5-i hospitalizasiya olunub”.

Qeyd edək ki, ötən həftə Azərbaycanda anomal isti hava olub. Bakı və Abşeronda havanın temperaturu 39-40 dərəcə, rayonlarda isə bəzən 43-44 dərəcəyə qədər yüksəlib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Günvurma  





Xəbər lenti