“Skype”ın dövrü bitir

   “Skype”ın dövrü bitir
  29 İyun 2021    Oxunub:1397
“Microsoft” şirkəti yeni əməliyyat sistemi “Windows 11”-i təqim edib. Onun funksiyalarının arasında ikisi daha çox diqqət çəkir: “Microsoft Teams”-in əməliyyat sisteminə inteqrasiya olunması və “Skype”dan imtina edilməsi. Bir çox ekspertlər hesab edirlər ki, bu, “Skype”ın sonunun başlanğıcıdır.
Cəmi bir neçə il əvvəl “Skype” videoəlaqə sferasında əsas xidmət idi. “Microsoft” 10 il əvvəl onu 8,5 milyard dollara almışdı. O vaxt bu, texnologiya nəhənginin tarxindəki ən böyük sövdələşmə idi. Çoxları bunun nə dərəcədə doğru addım olduğunu soruşurdular.

O vaxtdan bəri “Skype” milyard dəfədən artıq endirilib və yüz milyonlarla aktiv istifadəçisi var. O, “Windows” əməliyyat sisteminin standart paketinə daxil idi. Amma son illərdə “Teams” sürətlə onu üstələməyə başladı. İndi isə “Microsoft” özü də həm texnoloji, həm də dizayn nöqteyi-nəzərindən köhnəlmiş “Skype”dan imtina etməyə başlayıb.

Tariyel
Azvision.az



Teqlər: Skype  





Xəbər lenti