AVRO-2020: İspaniya yarımfinalda

      AVRO-2020:   İspaniya yarımfinalda
  02 İyul 2021    Oxunub:1744
Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.
Azvision.az -ın məlumatına görə, günün ilk oyunu İspaniya və İsveçrə komandaları arasında baş tutub.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

3 qat Avropa çempionu 8-ci dəqiqədə Denis Zakarianın öz qapısına vurduğu qolla hesabı açıb. İlk hissə ispanların minimal hesablı qələbəsi ilə bitib. 68-ci dəqiqədə Cerdan Şakiri bərabərlik qolunu vurub. 77-ci dəqiqədə İsveçrə yığmasından Remo Froyler Jerar Morenoya qarşı kobudluq edib və qırmızı vərəqə alaraq meydandan qovulub.

Əlavə vaxtın hər iki hissəsində qapılara qol vurulmayıb. İspaniya penaltilər seriyasında daha dəqiq oynayıb - 3:1. Yarımfinalda İspaniya millisi Belçika-İtaliya cütünün qalibi ilə qarşılaşacaq.

İsveçrə yığması səkkizdəbir finalda sonuncu dünya çempionu Fransanı mübarizədən kənarlaşdırıb. Həmin görüşdə əsas vaxt 3:3 hesabı ilə başa çatdığından 11 metrlik cərimə zərbələri seriyasında İsveçrə komandası 5:4 hesabı ilə qalib gəlib. İspaniya isə sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

Azvision.az


Teqlər: AVRO-2020  





Xəbər lenti