Polisin əmrinə tabe olmayan "KamAZ" qəza törətdi

Polisin əmrinə tabe olmayan "KamAZ" qəza törətdi
  03 İyul 2021    Oxunub:1112
Salyan rayonunda polisin "Saxla" əmrinə tabe olmayan "KamAZ" qəza törədib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

İyulun 30-da saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisində yerləşən daimi postunda üzərində dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomobilə “Saxla” işarəsi verilib.

Lakin sürücü tabesizlik göstərərək nəqliyyat vasitəsini “KİA” markalı xidməti avtomobilin arxa qanadına vurub.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə sürücü saxlanılıb. Onun Dayıkənd kənd sakini E.Cəbrayılov olduğu müəyyən edilib.

E.Cəbrayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.3-cü, 332.1-ci, 332.1-ci, 332.2-ci, 341.2.1-ci və 342.7-ci maddələri ilə protokol tərtib edilərək Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Avtomobil müvəqqəti duracağa yerləşdirilib. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti